BaşlıcaMədəniyyət

Ermənistan, Almaniya, Belçika və Çexiya Yerevanda  pivə günləri keçirəcək

Ermənistanın İqtisadiyyat nazirliyinin Turizm Komitəsinin təşəbbüsü ilə Çexiya, Almaniya və Belçika ilə birlikdə Yerevanda “Pivə Günləri” keçiriləcək.

Alınan məlumata görə, bunu Turizm Komitəsinin sədri Lusine Gevorkyan bildirib. O qeyd edib ki, Aİ ölkələrinin səfirləri ilə görüşlər zamanı bu ölkələrlə birgə tədbir keçirmək barədə razılıq əldə olunub.

Gevorkyan vurğulayıb ki, bu tədbir “Yerevan Pivə Günləri” festivalı ilə bağlı deyil, ayrıca bir təşəbbüsdür. Eyni zamanda, Fransa və Belçika ilə də əməkdaşlıq planlaşdırılır, bunun çərçivəsində Azərbaycanda şərabçılıq sahəsinə yönəlmiş iri tədbirlər təşkil ediləcək.

Bundan əlavə, Gürcüstan və İranla birgə turizm proqramlarının genişləndirilməsi nəzərdə tutulur. Ötən il ölkədə 12 festival keçirilib, bunlardan ikisi Yerevanda, digərləri isə bölgələrdə baş tutub.

 Bu il də eyni strategiyanın davam etdiriləcəyi və bölgələrdə turizm potensialının artırılması üçün qonaqpərvərlik və marketinq sahələrində təlimlər təşkil olunacağı bildirilib.

Daha çox göstər
Back to top button