BaşlıcaEkonomika

Ermənistan Rusiyadan yarım milyon dollarlıq dondurma idxal edib

2024-cü ildə Rusiya dondurma ixracının ümumi həcmi, mövcud açıq məlumatlara görə, 32,7 milyon dollardan çox olub. “RİA Novosti” xəbər verir ki, delikatesin əsas alıcısı yenə də dondurmaya 19,8 milyon dollar ödəmiş Qazaxıstandır.

İlk üçlüyə Rusiyadan 5,2 milyon dollarlıq dondurma idxal edən Özbəkistan və 2,7 milyon dollarlıq dondurma ödəyən Çin də daxil olub.

Onları Azərbaycan (1,6 milyon dollar), Qırğızıstan (864 min dollar), Gürcüstan (600 min dollar) və İsrail (565 min dollar) izləyir. Dondurma həvəskarlarının ilk onluğunu ABŞ (516,7 min dollar), Ermənistan (476 min dollar) və Serbiya (249 min dollar) tamamlayıb.

(1 dollar-396 dram təşkil edir).

Daha çox göstər
Back to top button