
Armenian Airlines aviaşirkəti fevralın 21-dən etibarən İrəvandan Dehliyə birbaşa uçuşlara start verir. Bu, Ermənistan və Hindistan arasında ilk birbaşa hava nəqliyyatı olacaq” – deyə Ermənistanın Turizm Komitəsi xəbər verir.
Reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Uçuşlar 220 sərnişin tutumuna malik rahat Airbus 321-200 təyyarəsi ilə yerinə yetiriləcək.
Yerevan–Dehli uçuşunun müddəti 4 saat 40 dəqiqə, əks istiqamətdə isə 5 saat 10 dəqiqə olacaq.
Mövcud uçuş cədvəli və biletlərin bron edilməsi ilə bağlı məlumatlar aviaşirkətin rəsmi saytında və kassalarda təqdim olunur.







