
Gürcüstanın “3+3” formatlı görüşlərdə iştirakı müxtəlif səviyyələrdə təşviq olunur. Bunu Azərbaycan “Report” agentliyinə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
O qeyd edib ki, bu formatda növbəti görüşün harada və nə vaxt keçiriləcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran, Rusiya) arasında əlaqələri sıxlaşdırmağı nəzərdə tutan “3+3” formatında sonuncu görüş 2024-cü il oktyabrın 18-də keçirilib.
Gürcüstan tərəfi Rusiya ilə münasibətlər kontekstində torpaqlarının işğalına son qoyulmayana qədər “3+3” formatında iştirak etməyəcəyini bəyan edib.







