BaşlıcaSiyasət

Sergey Melkonyan: “Çətin ki, Birləşmiş Ştatlar hazırda İrana qarşı hər hansı kəskin addım atsın”

İsrailin Baş naziri və ABŞ Prezidentinin görüşündə Yaxın Şərq məsələləri, xüsusilə İranla bağlı məsələ müzakirə edilib – ya razılığa gəlmək, ya da eskalasiya.

Bu barədə jurnalist ilə söhbətində “APRI Armenia” tədqiqat mərkəzinin elmi işçisi, politoloq Sergey Melkonyan bildirib.

“Bundan əlavə, Qəzzanın gələcəyi, “Hizbullah” və Yəmənin husiləri ilə bağlı məsələlər, həmçinin İsrail və Səudiyyə Ərəbistanı arasında mümkün razılaşma müzakirə olunub” – deyə o, əlavə edib.

Ekspert qeyd edib ki, İsrail üçün əsas problemlərdən biri İranın nüvə obyektləridir. İran artıq bir aydır ki, mümkün hücuma hazırlaşaraq hərbi təlimlər keçirir.

“Lakin aydındır ki, ABŞ-ın dəstəyi olmadan İsrail İrana zərbə endirməyəcək. Eyni zamanda, Tramp bəyan edib ki, ABŞ İranla genişmiqyaslı müharibədə maraqlı deyil, lakin Tehran ABŞ və İsrailin şərtlərini qəbul edənə qədər maksimum təzyiq siyasəti yürüdəcək”, – deyə Melkonyan bildirib.

O, izah edib ki, ABŞ İranla saziş imzalamağa hazırdır, əsas məsələ bunun hansı yolla və hansı qiymətə baş verəcəyidir.

“Hazırda Birləşmiş Ştatların İrana qarşı kəskin addımlar atması çətin görünür, çünki İran rəsmiləri danışıqlara hazır olduqlarını göstərən siqnallar veriblər.

ABŞ da bu siqnalları qəbul edərək başa düşür ki, əgər İran şərtləri qəbul etməsə, ona iqtisadi təzyiq göstəriləcək. Əgər bu da nəticə verməsə, o zaman hərbi güc tətbiq etmək ehtimalı istisna edilmir”– deyə Melkonyan vurğulayıb.

O, əlavə edib ki, İsrail hakimiyyəti HAMAS məsələsini tam həll edə bilmədiyi üçün bu məsələni ABŞ-a ötürmək qərarına gəlib ki, bunu yumşaq güc tətbiq edərək həll etsin.

Daha çox göstər
Back to top button