
Danimarkanın Denmarkification təşəbbüs qrupu Prezident Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyinə cavab olaraq Krallığın ABŞ-ın Kaliforniya ştatını satın almasını təklif edib.
Müvafiq petisiya artıq 200 minə yaxın insan tərəfindən dəstəklənib.
Müraciət müəllifləri Kaliforniyanın “bol günəş işığı”, “texnoloji üstünlük”, böyük avokado plantasiyaları və Disneylandın olması kimi üstünlüklərini qeyd edirlər.
Müraciət müəllifləri yazır ki, Danimarka Kaliforniyaya “böyük azadlıq verə bilər”.
Onlar əmindirlər ki, ABŞ Prezidenti “Kaliforniyanın ən böyük pərəstişkarı deyil”. “Əminik ki, o, düzgün qiymətə dövlətdən ayrılmağa hazır olacaq.
Vətəndaşların iradəsinə gəlincə, o, heç vaxt bunu nəzərə almayıb. Tramp Kaliforniyanı satmaq istəsə, onu satacaq” – deyə müraciət edənlər qeyd edirlər. Onlar həmçinin bəyan etdikləri məqsəd üçün 1 trilyon dollar topladıqlarını deyirlər.
Danimarka qanunvericiləri, Konstitusiyaya əsasən, ictimaiyyəti maraqlandıran istənilən məsələni ictimai müzakirəyə çıxara və nazirlərdən izahat tələb edə bilər. Onlar parlamentə də müraciət edə bilərlər.







