BaşlıcaSiyasət

Fransa Senatında ermənilərin Dağlıq Qarabağa qayıtması ilə bağlı konfrans keçirilib

“Ermənistanda sülh naminə konsert” assosiasiyası Fransa Senatında “Erməni xalqı və öz torpaqlarına qayıtmaq hüququ” mövzusunda konfrans təşkil edib.

Ötən il Fransa Senatı Azərbaycanın Dağlıq Qarabağa hərbi hücumunu pisləyən partiyalararası qətnamə qəbul edib.

Fransa-Ermənistan Dostluq Qrupunun üzvü, senator Mari-Doux Eşliman bildirib ki, ideya müzakirələrin mərkəzinə Artsaxı (Dağlıq Qarabağ) qoymaqdır.

Tədbirdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş Baş prokuroru Luis Moreno Okampo da iştirak edib. Konfransda ermənilərin Dağlıq Qarabağdan “təhlükəsiz qayıtmaq hüququ” və “Dağlıq Qarabağın tanınması” müzakirə edilib.

Bəs Senat ermənilərlə birlikdə bu hərəkatı necə dəstəkləyə bilər?- deyə  senator  bəyan edib.

Fransa Senatı ötən il Azərbaycanın 2023-cü ilin sentyabrında Dağlıq Qarabağa hərbi hücumunu pisləyən və “Azərbaycan rəsmilərinə qarşı Avropa səviyyəsində sanksiya rejiminin yaradılmasını və Ermənistanı müdafiə tədbirləri ilə təmin etməklə növbəti təcavüzün və Ermənistanın ərazi bütövlüyünün pozulmasının qarşısını alan” qətnamə qəbul edib.

2022-ci ilin payızında Senat “9 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycana qarşı sanksiyaların müəyyən edilməsi və onun Ermənistan ərazisindən dərhal çıxarılmasını tələb edən” təklif olunan qətnamə qəbul edib.

Daha çox göstər
Back to top button