
“Freedom Now” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini həbs edilmiş bütün jurnalistləri dərhal azad etməyə çağırıb.
“Bu həftə Azərbaycan hakimiyyəti Toplum YV-nin jurnalisti Şahnaz Bəylərqızı və Arqument.az-ın redaktoru Şəmşad Ağunu həbs edib.
Artıq 20-dən çox jurnalist qondarma ittihamlarla həbs edilib. Biz Əliyevi onların hamısını dərhal azad etməyə çağırırıq”- deyə qurumun X sosial şəbəkəsindəki səhifəsində bildirilir Bu haqda Turan məlumatlandırır.







