BaşlıcaSiyasət

Makron Fransanın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməkdə qərarlı olduğunu bir daha təsdiqləyir

Fransa prezidenti Emmanuel Makron Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində olduğunu bir daha təsdiqləyib. Bu barədə Yelisey Sarayının Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşündən sonra yayılan press-relizdə qeyd olunub.

“Respublika prezidenti bu bazar ertəsi, 2025-ci il fevralın 10-da Yelisey sarayında keçirilən Süni İntellekt Sammiti çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. Dövlət başçısı əvvəlcə Ermənistanın baş nazirinə Ermənistan və Aİ arasında innovasiyalar və yeni texnologiyalar məsələlərinə dair fikirlərin üst-üstə düşdüyünü nümayiş etdirən Süni İntellekt Sammitində iştirakına görə təşəkkür edib.

İki ölkə liderləri Fransa və Ermənistan arasında xüsusilə enerji, müdafiə və nəqliyyat sahələrində əməkdaşlıq layihələrinin inkişaf etdirilməsini davam etdirmək barədə razılığa gəliblər.

Sonra iki ölkə liderləri regiondakı vəziyyəti müzakirə ediblər. Dövlət başçısı Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq sülh müqaviləsinin imzalanmasına hərtərəfli dəstəyini təsdiqləyib.

O, həmçinin Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini, eləcə də erməni xalqının sülh, təhlükəsizlik və demokratiyaya can atmasını dəstəkləmək əzmində olduğunu bir daha təsdiqləyib.

Respublika Prezidenti və Ermənistanın Baş naziri Ermənistanın 2026-cı ildə ev sahibliyi edəcəyi biomüxtəliflik üzrə #COP17-yə hazırlıqları müzakirə ediblər. Dövlət başçısı qeyd edib ki, Fransa #COP17-yə hazırlıqla bağlı Ermənistana lazımi dəstəyi göstərməyə tam hazırdır”, – Yelisey Sarayının bəyanatında deyilir.

Daha çox göstər
Back to top button