
Hindistana işgüzar səfəri çərçivəsində ER Müdafiə naziri Suren Papikyan fevralın 11-də Hindistanın Müdafiə naziri Raşath Singhi ilə görüşüb.
Bu barədə ER Müdafiə nazirliyi məlumat yayıb. Hər iki tərəf əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.
Müdafiə sektorunda Ermənistan-Hindistan əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib. Nazirlər regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunublar.
Görüşdə Ermənistan Respublikasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Vahaqn Afyan və Müdafiə nazirliyinin Hərbi Sənaye komitəsinin sədri Aram Civanyan da iştirak ediblər.
Mətn factor.am-ə məxsusdur.







