BaşlıcaSiyasət

Parlament Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Parlament fevralın 12-də keçirilən sessiyasında “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

“Armenpress”in məlumatına görə, layihənin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib. Bundan əvvəl “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan layihənin əleyhinə səs verəcəklərini, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan isə fraksiyanın səsvermədə iştirak etməyəcəyini açıqlamışdı.

“Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan onların fraksiyasının qanun layihəsinin lehinə səs verəcəyini açıqlayıb. Layihə “Eurovote” vətəndaş təşəbbüsü tərəfindən təqdim olunub, müəyyən edilmiş müddətdə qanunvericilik təşəbbüsünün Parlamentə təqdim edilməsi üçün lazımi imzalar toplanılıb.

Təşəbbüs tələb olunan 50 000 imza əvəzinə 60 000 imza toplaya bilib. Yanvarın 9-da qanun layihəsi ER hökumətinin iclasında müzakirə edilərək bəyənilib, sonra müzakirə üçün parlamentə göndərilib. Qanunun Avropa İnteqrasiya Komitəsi tərəfindən təsdiq edilmiş yekun variantı aşağıdakı məzmundadır:

“Ermənistan Respublikası xalqının iradəsini ifadə edərək, Ermənistan Respublikasını təhlükəsiz, inkişaf etmiş və çiçəklənən ölkəyə çevirmək vəzifəsini qoyaraq, Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlandığını elan edir”.

Daha çox göstər
Back to top button