BaşlıcaSiyasət

Danimarka kəşfiyyatı Avropada “genişmiqyaslı müharibə” barədə xəbərdarlıq edir, RF başlaya bilər

Danimarka Hərbi Kəşfiyyat Xidməti (DDIS) növbəti beş il ərzində Avropada “geniş miqyaslı müharibə” təhlükəsi barədə xəbərdarlıq edən hesabat dərc edib.

Agentliyin fikrincə, Rusiya NATO-nun həm hərbi, həm də siyasi cəhətdən zəiflədiyini görsə, alyansın bir və ya bir neçə ölkəsinə qarşı güc tətbiq edə bilər.

Politico-nun xəbər verdiyi kimi, hesabatda ABŞ-ın roluna diqqət yetirilir. DDIS hesab edir ki, Rusiya ABŞ-ın təcavüz halında avropalı müttəfiqlərini dəstəkləyə bilməyəcəyi və ya dəstəkləmək istəmədiyi qənaətinə gələrsə, hərbi münaqişə ehtimalı artacaq.

Hesabatda həmçinin qeyd olunur ki, Moskva NATO ilə mümkün qarşıdurmaya hazırlıq məqsədilə hərbi imkanlarını fəal şəkildə inkişaf etdirir.

DDIS-in proqnozu ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoymağa çalışdığı bir vaxta təsadüf edir. Sənəd münaqişənin bitəcəyi və ya dondurulacağı təqdirdə hadisələrin inkişafı üçün üç mümkün ssenarini araşdırır.

Üstəlik, bütün variantlar Rusiyanın eyni vaxtda bir neçə ölkəyə qarşı müharibə aparmaq iqtidarında olmadığını güman edir.

Təqdim olunan hesablamalara görə, altı ay ərzində Rusiya adı açıqlanmayan “qonşu dövlət”lə lokal silahlı münaqişəyə başlaya biləcək.

İki ildən sonra Baltikyanı ölkələrdə regional qarşıdurma mümkündür. Beş ildən sonra NATO zəifləsə və ABŞ-dan qətiyyətli addım atmasa, Rusiya Avropaya qarşı genişmiqyaslı müharibəyə başlaya bilər.

Bundan başqa, hesabatda qeyd olunub ki, proqnozda NATO ölkələrinin müdafiə potensialının mümkün gücləndirilməsi nəzərə alınmayıb.

Daha çox göstər
Back to top button