BaşlıcaSiyasət

Paşinyan meydanda azərbaycanca mahnı oxuması hadisəsi ilə bağlı: “O, aksiyanın məqsədi Ermənistan-İran münasibətlərində problem yaratmaq olub”

Baş nazir Nikol Paşinyan, Yerevanın “Respublika” Meydanında İran vətəndaşları tərəfindən azərbaycan dilində mahnı oxuma hadisəsinə münasibət bildirib.

Paşinyan, bu hadisənin Ermənistan-İran münasibətlərində problem yaratmaq məqsədini güddüyünü vurğulayıb. O, “Bu aksiya heç bir şəkildə Azərbaycanın işi deyil.

Bu, Ermənistan-İran münasibətlərində problem yaratmaq üçün təşkil edilmiş bir tədbirdir. Bu mahnını ifa edənlər İran İslam Respublikasının vətəndaşlarıdır.

Mən təəccüblənmirəm ki, sizə məlum olan müəyyən dairələr bu insanlara pul verib, onları oraya gətirib, mahnı oxutdurublar, çəkiblər və internetə yerləşdiriblər ki, Ermənistan və İran arasında problem yaratsınlar. Bütün  məsələ budur”- deyə Paşinyan bildirib.

O,əlavə edib: “Biri Qarabağ haqqında, biri Moskva haqqında, biri Tizbon haqqında, biri Hələb haqqında oxuyacaq. Aydın olan bir şey var: bizim cəmiyyətimiz dözümlü olmalıdır.

Onlar bizim zəif yerimizi tapıblar. Hər belə səhnədən cəmiyyətimiz şok olmamalıdır. Müxalifət şok olursa, qoy olsun, bu onların bədii səhnəsidir, qoy şok olsunlar; bunu məhz şok yaratmaq üçün ediblər. Azərbaycan, filan… bunlar nağıldır.

Bu konkret məqsəd üçün – Ermənistan-İran münasibətlərində problem yaratmaq üçündür – xalq səviyyəsində. Bizim cəmiyyətimiz dedi – demədi, amma çox yaxşı başa düşdü ki, bu nə ilə bağlıdır”.

Baş nazir hadisə ilə bağlı çox məlumatı olmadığını qeyd edib. Lakin o bildirib ki, əgər hüquqi qiymətləndirməyə ehtiyac varsa, bu qiymətləndirmə Ermənistan və İran arasındakı münasibətlərdə problem yaratmaqla bağlı olmalıdır.

Yanvarın 30-u axşam saatlarında internetdə bir video yayımlanıb ki, guya azərbaycanlılar İrəvanda Respublika Meydanında Qarabağ haqqında mahnı ifa edirlər.

 Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti yayılan məlumatları təkzib edərək bildirib ki, Respublika Meydanında azərbaycanlılar olmayıb.

 Həmin şəxslər əslində İran İslam Respublikasının vətəndaşlarıdır və onlar 2024-cü ilin dekabrın 30-dan bu ilin yanvarın 3-nə qədər Ermənistanda olublar.

 Daha sonra Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı Cinayət Məcəlləsi üzrə İstintaq Komitəsinə məlumat təqdim edib.

Daha çox göstər
Back to top button