BaşlıcaSiyasət

Ermənistanın baş naziri Koşta ilə Aİ ilə münasibətləri müzakirə edib

Baş nazir Nikol Paşinyan özünün X səhifəsində Münhendə Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşdüyünü bildirib.

“Mən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Şurasının prezidenti Antonio Kosta ilə fikir mübadiləsi apardım. Biz Ermənistan-Aİ tərəfdaşlığının əsas məsələlərini müzakirə etdik.

Biz son regional hadisələr və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, – Ermənistanın baş naziri qeyd edib.

Daha çox göstər
Back to top button