
Fevralın 13-də Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan öz iqamətgahında İran İslam Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanı ilə görüşüb.
Bu barədə Ermənistanın birinci Prezidentinin mətbuat katibi Arman Musinyan məlumat verib.
Katibin verdiyi məlumata görə, təxminən bir yarım saat davam edən söhbət zamanı Ermənistan-İran münasibətlərinin mövcud vəziyyəti və onların dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Prezident, cənab səfirin son günlər keçirdiyi son dərəcə məzmunlu mətbuat konfransı ilə bağlı heyranlığını ifadə edib.







