
Rusiyanın hərbi xərcləri bütün Avropa ölkələrinin müdafiə büdcələrini üstələyib
“Financial Times” Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatlarına istinadən yazır ki, 2024-cü ildə Rusiyanın ümumi müdafiə xərcləri 42% artaraq 13,1 trilyon rubla çatıb ki, bu da alıcılıq qabiliyyəti paritetində 462 milyard dollara bərabərdir.
Nəşrin məlumatına görə, Rusiyanın hərbi xərcləri bütün Aİ ölkələri və Böyük Britaniyanın müdafiə büdcələrini üstələyib.
Onların 2024-cü ildə ümumi müdafiə xərcləri 12% artaraq 457 milyard dollara çatıb.
IISS-in proqnozlarına görə, 2025-ci ildə Rusiyanın hərbi xərcləri 13,7% artaraq 15,6 trilyon rubla çatacaq.
Mütləq ifadə ilə götürsək, Almaniya (86 milyard dollar), Böyük Britaniya (81 milyard dollar) və Fransa (64 milyard dollar) Avropada müdafiəyə ən çox pul xərcləyib.
Faiz ifadəsində Estoniya (ÜDM-in 4%-i) və Polşa (ÜDM-in 3,25%-i) ən çox ödəyiblər, lakin onların mütləq xərcləri üç ən böyük Avropa iqtisadiyyatınınkından az olub, müvafiq olaraq 1,7 milyard və 28 milyard dollar olub.







