
Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Mixael Rot sosial şəbəkədə yazıb: “Biz Rusiya imperializmi ucbatından Gürcüstanı və Ermənistanı itirməməliyik.”
O, Ermənistanın Avropa İttifaqına doğru atdığı addımı tarixi qərar adlandırıb.
“Ümid edirəm ki, Avropa İttifaqı təkcə xoş sözlər tapmayacaq, həm də Ermənistana fəal şəkildə dəstək verəcək” – deyə o, qeyd edib.
Xatırladaq ki, Ermənistan parlamenti fevralın 12-də “Ermənistan Respublikasının Avropa Birliyinə üzvlüklə bağlı prosesə başlaması haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihəyə 63 deputat səs verib, yalnız 7 nəfər əleyhinə çıxıb.
Bu qanun layihəsinin təşəbbüskarı “Demokratik Qüvvələr Platforması” vətəndaş təşəbbüsüdür ki, bu da 2 ay ərzində 60 min imza toplaya bilib (qanunla tələb olunan 50 min imza).
Bu imzalar layihənin Milli Məclisin müzakirəsinə təqdim olunması üçün zəruri idi.
Layihə 2024-cü il yanvarın 9-da Ermənistan Respublikası Hökuməti tərəfindən təsdiq edilib.







