BaşlıcaSiyasət

Aprelin 15-dən iyulun 15-nə kimi ehtiyatda olan hərbiçilərin  təlim toplantıları keçiriləcək

Ermənistan Respublikası Hökuməti 2025-ci il aprelin 15-dən iyulun 15-dək ehtiyatda olanların hərbi bacarıqlarını təkmilləşdirmək, yenidən hazırlamaq və döyüş hazırlığı səviyyəsini yüksəltmək məqsədilə təlim toplantıları keçirməyi planlaşdırır.

Alınan məlumata görə, təlim toplanışları ehtiyatda olanların birinci qrupunun birinci və ikinci kateqoriyalarına daxil olan sıravi, kiçik zabit və zabit heyəti üçün keçiriləcək.

Hər bir vətəndaş toplanışlara ən çoxu 25 təqvim günü müddətinə cəlb olunacaq. Təlim toplanışlarının məqsədi ehtiyatda olanların hərbi bacarıqlarının təkmilləşdirilməsini, peşə hazırlığını və təlimini, habelə ali təhsilli kiçik zabit heyətindən ehtiyat zabitlərinin hazırlanmasını təmin etməkdir.

Daha çox göstər
Back to top button