
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan jurnalistə müsahibəsində bildirib ki, ölkə Aİİ-nin bütün platformalarında fəal işləməyə davam edir.
O, Baş nazirin 2023-cü ildə Avropa Parlamentində etdiyi çıxışı xatırladaraq vurğulayıb ki, Ermənistan AB-nə mümkün qədər yaxın olmağa hazırdır.
Nazir qeyd edib ki, Ermənistan Avropa sivilizasiyasının bir hissəsidir və Avropaya inteqrasiya uzunmüddətli prosesdir. Ölkə AB bazarına uyğunlaşmaq üçün konkret addımlar atır, bu çərçivədə 2024-cü ilin sonlarında bir laboratoriya açılıb, 2025-ci ilin ilk yarısında isə yeni imkanlar yaradılacaq.
Papoyan vurğulayıb ki, ölkə iqtisadiyyatını sürətlə modernləşdirir, şirkətlər köhnə texnikanı müasir texnologiyalarla əvəz edir.
Artıq bir çox məhsul Avropa standartlarına cavab verir, əsas çətinlik istehsal həcminin artırılmasıdır.
Ermənistanın hədəfi mürəkkəb sənaye məhsulları istehsal edib ixrac edən ölkəyə çevrilməkdir.







