
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan Respublikasının xarici borcunun 12 milyard dollara çatdığı barədə yayılan məlumatları təkzib edib.
Alınan məlumata görə, nazir bu barədə özünün “Facebook” səhifəsindəki videoda bildirib.
“Son vaxtlar sizdən çoxlu məktublar, sosial şəbəkələrdə şərhlər, həmçinin narahatlıqlar alıram ki, nə edəcəyik və ya Ermənistan Respublikasının xarici borcu necə oldu ki, 12 milyard dollar oldu.
Əziz həmvətənlər, Ermənistan Respublikasının xarici borcu 12 milyard dollar deyil, Ermənistan Respublikasının xarici borcu 5 milyard 962 milyon dollardır.
Bu 12 milyard dollar rəqəmini yayan insanlar ya məlumatlı deyillər, ya da sizə yanlış məlumat verməklə siyasi dividend qazanmaq üçün qəsdən manipulyasiya edirlər” – deyə Papoyan bildirib.







