
Gürcüstana səfəri çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev həmin ölkənin birinci baş nazir müavini İqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb”-deyərək Azərbaycan KİV-ləri xəbər verir.
Məlumata görə, görüş zamanı tərəflər nəqliyyat sahəsində Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin cari layihələri müzakirə ediblər.
Diqqət Mərkəzi Dəhlizin rolunun artırılmasına və onun rəqabət qabiliyyətini yüksəltmək, əlavə yükləri cəlb etmək məqsədilə tərəflərin aktiv iştirakı ilə həyata keçirilən tədbirlərə yönəldilib.
Tərəflər, həmçinin bu ilin mayın 1-dən başlayaraq Azərbaycan və Gürcüstan arasında dəmir yolu sərnişin daşımalarının açılması məsələsini müzakirə ediblər.







