Başlıcaİctimaiyyət

Norveç Helsinki Komitəsi Azərbaycanda həbsdə olan qadın jurnalistləri şərti azadlığa buraxmağa çağırıb

Norveç Helsinki Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar jest olaraq Azərbaycan hökumətini həbsdə olan səkkiz qadın jurnalisti girov əvəzində və ya şərti azadlığa buraxmağa çağırıb.

İnsan haqları təşkilatı bildirib ki, Azərbaycan hökuməti tənqidçilərinə qarşı əsassız və cəza məqsədli cinayət ittihamları irəli sürür, ölkədə insan haqları ilə bağlı böhran vəziyyətində “ön cərgədə dayanan” qadın jurnalistlər bunun ağır bədəlini ödəyiblər: “Azərbaycan səkkiz qadın jurnalisti fəaliyyətinə görə həbs edərək misli görünməmiş bir basqıya imza atılıb. Basqınlar, həbslər və əsassız ittihamlarla keçirilən məhkəmə prosesləri təhlükəli bir norma halına gəlib. Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmayıb. Azərbaycanda müstəqil jurnalistika, xüsusilə qadınlar üçün heç vaxt asan olmayıb”.

Bəyanatda vurğulanır ki, həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var və onlar təcili tibbi yardıma ehtiyac duyurlar.

Daha çox göstər
Back to top button