BaşlıcaSiyasət

Cənubi Qafqaz xalqları və gələcək nəsillər sülhə layiqdirlər – Sarkis Xandanyan ATƏT PA-nın iclasında

Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. Siyasi və təhlükəsizlik məsələləri komitəsinin iclasında qurumdakı Ermənistan parlament nümayəndə heyətinin rəhbəri, Ermənistan parlamentinin Xarici Əlaqələr  üzrə Daimi Komissiyasının sədri Sarkis Xandanyan çıxış edib.

Çıxışda deyilir:

“Təşəkkür edirəm, cənab sədr.

Mən həmçinin Cənubi Qafqazda sülhə dair nikbin fikirlərinə görə Tobias Vinklerə də təşəkkür etmək istəyirəm. Lakin olduqca narahatedicidir ki, Ermənistan və Azərbaycan sülh və nizamlanma üzrə danışıqlar apardığı bir vaxtda, Azərbaycanın nümayəndə heyətinin rəhbəri bu müzakirəyə münaqişə narrativlərinə uyğun yeni elementlər daxil edir.

Lakin bu gün mən oxşar narrativlər və ritorika ilə cavab verməyəcəyəm – bunu əks arqumentlərim olmadığı üçün deyil, sülhə inandığım üçün etmirəm. Ermənistan sülhə sadiqdir. Ermənilər də Azərbaycanın insan hüquqlarını və beynəlxalq humanitar hüququ pozması səbəbindən böyük əziyyətlər çəkiblər.

Lakin mən yenə də bunlara toxunmayacağam – sülh və gələcək naminə.

Tərəfdaşımın artıq qeyd etdiyi kimi, regional infrastruktur və kommunikasiyaların açılması məsələsində Ermənistan Azərbaycana yazılı təklif təqdim edib və biz cavab gözləyirik.

 Eyni şey silahlanmaya nəzarətə də aiddir. Ermənistan Azərbaycana beynəlxalq hüquq və standartlara əsaslanan qarşılıqlı silahlanmaya nəzarətlə bağlı yazılı təklif təqdim edib.

Yenə də biz müsbət cavab gözləyirik.

Cənubi Qafqaz xalqları və gələcək nəsillər sülhə və sabitlik şəraitində yaşamağa layiqdirlər. Biz  siyasətçilər – bu məsələdə məsuliyyət daşıyırıq. Mənim təklifim budur: gəlin müharibədən deyil, sülhdən danışaq”.

Daha çox göstər
Back to top button