“Amerika tərəfi öz siyasətinin nəticələri ilə üzləşməlidir”

Almaniyanın Xarici işlər naziri Annalena Burbok Vaşinqtona daha böyük təzyiq göstərəcəyini vəd edib ki, Amerika tərəfi öz siyasətinin nəticələri ilə üzləşsin.
“Amerikalılara təzyiqi artıracağıq ki, onlar başa düşsünlər: əgər Avropanın liberal demokratiyalarına dəstəyi dayandırsalar, çox şey itirəcəklər” – deyə Burbok bildirib və əlavə edib ki, heç kim Ukraynanı və ya Avropanı görməzlikdən gələrək müharibə və sülh haqqında qərarlar vermək hüququna malik deyil.
Burbokun sözlərinə görə, bu, Almaniyanın qəti mövqeyidir.
O, hesab edir ki, üç il əvvəl Ukraynada hərbi əməliyyatlar başlayanda olduğu kimi, yeni bir “dönüş nöqtəsinə” ehtiyac var.
“Şantaj və ya kapitulyasiya əsasında olan saxta sülh, sülh deyil. Əksinə, bu, daha böyük müharibəyə və gələcək zorakılığa hazırlıqdır” – deyə Almaniyanın Xarici işlər naziri vurğulayıb.







