İctimaiyyət
Azərbaycan paytaxtında 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb

Bakının Sabunçu rayonu ərazisində 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb.
Azərbaycan KİV-lərinə görə, Sabunçu rayonu ərazisində 22-23 fevral tarixlərində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd olunub ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
İbtidai istintaq davam etdirilir.







