BaşlıcaSiyasət

Fransa səfiri BBC Azərbaycanca ofisinin bağlanmasından narazılığını bildirib

Fransanın Azərbaycandakı səfiri Ann Bulyon BBC Azərbaycanca ofisinin bağlanmasından narazılığını bildirib.

“BBC-nin Azərbaycan dilində xidmətlər göstərməsi Azərbaycan xalqına və mədəniyyətinə hörmət və marağın göstəricisidir.

Bu, həqiqətən də kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir”- deyə  o, sosial mediada yazıb.

Xatırladaq ki, Azərbaycan Xarici işlər nazirliyindən “şifahi” göstəriş aldıqdan sonra şirkət ölkədəki ofisini bağlamaq qərarına gəlib.

Daha çox göstər
Back to top button