
Ermənistan parlamentinin deputatı, ATƏT PA nümayəndə heyətinin üzvü Lilit Qalstyan ATƏT PA qış sessiyasında çıxış edərək, erməni əsirlərin və hərbi-siyasi rəhbərliyin məhkəməyə qoyulduğu fars prosesini izləmək üçün Bakıya ATƏT PA monitorinq missiyası göndərilməsi təklifini irəli sürmüşdür. Lilit Qalstyanın çıxışı aşağıdakı kimi olmuşdur:
“Hörmətli həmkarımız,
Bakıda əsir düşmüş erməni hərbi əsirlərin, o cümlədən Qarabağın hərbi-siyasi rəhbərliyinin girov saxlanılması ilə bağlı dərin narahatlığımı ifadə edirəm.
Onlar sentyabr 2023-cü ildə Azərbaycan tərəfindən həyata keçirilmiş təcavüzün qurbanlarıdır. Bu təcavüz nəticəsində 120 min etnik erməni məcburi köçürülməyə məruz qaldı.
Hamımızın təcili diqqəti və münasibəti 2025-ci il yanvarında Bakıda başlayan məhkəmə proseslərinə yönəldilməlidir. Bu proseslər Bakının ədalətli məhkəmə prosesi keçirmək iradəsini ciddi şəkildə şübhə altına qoyur.
Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktına üzv olmasına baxmayaraq, məhkəmə prosesləri zamanı bir sıra ağır pozuntular qeydə alınmışdır.
İddia olunur ki, həbs olunanlara işgəncələr verilir. Onlar sadəcə erməni olmaları əsasında “terrorçu” kimi mühakimə edilir. Bakının açıq məhkəmə prosesləri haqqında bəyanatlarına baxmayaraq, beynəlxalq təşkilatların, o cümlədən media nümayəndələrinin iştirakı qadağandır.
Heç bir zaman hərbi fəaliyyətlə məşğul olmayan məşhur humanitar işçi Ruben Vardanyan hərbi məhkəmədə mühakimə edilir və ona qarşı irəli sürülən ittiham təxminən 200 il həbs cəzasına məhkum edilməsi təqdirdədir.
Ona ittiham materialları ilə tanış olmaq üçün ciddi şəkildə məhdud imkanlar verilmişdir.
Bu faktlara əsaslanaraq, rəsmi olaraq təklif edirəm ki, ATƏT PA bu məhkəmə proseslərini izləmək üçün müşahidə missiyası təşkil etsin.
Bu missiya aşağıdakı məqsədlərə xidmət edəcək:
1.Məhkəmə proseslərinin beynəlxalq hüquqi standartlara uyğunluğunu yoxlamaq,
2.Məhkəmə proseslərinin şəffaflığını təmin etmək,
3. İnsan hüquqlarına sadiqliyi beynəlxalq səviyyədə təsdiqləmək,
İnsan hüquqlarının pozulmasının nəticətsiz qalmayacağını vurğulamaq.
ATƏT PA müdaxiləsi aydın siqnal olacaq ki, beynəlxalq ictimaiyyət susmayacaq və Azərbaycan öz hərəkətlərinə görə məsuliyyət daşıyır.







