BaşlıcaSiyasət

Qalstyan: “Mən İnsan Hüquqları üzrə məruzəçini və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəni təcili addımlar atmağa çağırıram”

Azərbaycanın cəzasızlığı, Qarabağ ermənilərinin geri qayıtmaq hüququ, beynəlxalq təşkilatların ikili standartları və ATƏT PA-nın nüfuzu barədə danışan Ermənistan Respublikası parlamentinin  deputatı, ATƏT PA nümayəndə heyətinin üzvü Lilit Qalstyan, həmçinin Bakıdakı əsassız məhkəmə prosesləri ilə bağlı monitorinq qrupu göndərməyin vacibliyini vurğulayıb.

Ölkəmdə bir çoxları beynəlxalq təşkilatların, o cümlədən ATƏT və onun Parlament Assambleyasının təsir gücünü və nüfuzunu şübhə altına alır.

Bunun əsas səbəbi isə bu qurumların elan olunmuş dəyərlərdən və öhdəliklərdən uzaqlaşmasıdır.

Səmimi olmalı və açıq şəkildə bildirməliyik ki, getdikcə ritorikamızla reallıq, vədlərimizlə yerində aparılan siyasət arasında uçurum dərinləşir.

Bu da ümidsizlik və məyusluq yaradır.

Dağlıq Qarabağ erməni əhalisinin zorla, güc tətbiq etməklə didərgin salınmasının üzərindən iki il keçir.

Beynəlxalq təşkilatların müxtəlif qətnamələrini və beynəlxalq məhkəmələrin qərarlarını görməzlikdən gələn Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirdi, 120 mindən çox yerli ermənini üç min illik ata-baba yurdunu tərk etməyə məcbur etdi.

ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar uğursuzluğa düçar oldular. Onlar Azərbaycanı soyqırım xarakterli hərəkətlərinə və beynəlxalq hüququn kobud şəkildə pozulmasına görə məsuliyyətə cəlb edə bilmədilər.

Dağlıq Qarabağdan məcburi köçürülən əhalinin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün heç bir tədbir görülmədi. Bu arada isə Azərbaycan regiondakı erməni mədəni və dini irsini, erməni kimliyini silməyə davam edir.

İnanmaq çətindir ki, soyqırımlar artıq ‘yeni geosiyasi reallıq’ kimi qəbul edilir.

Bu gün, beynəlxalq humanitar hüquqların tam şəkildə pozulması ilə, Bakıdakı qapalı məhkəmə proseslərində erməni əsirləri və Qarabağın siyasi-hərbi rəhbərliyinin üzvləri qanunsuz şəkildə mühakimə olunur.

Onların hüquqi müdafiə hüquqları ciddi şəkildə məhdudlaşdırılıb. İşgəncələr və elementar hüquqi müdafiənin inkar edilməsi ilə bağlı əsaslı hesabatlar var.

Bütün bunları nəzərə alaraq, insan haqları məruzəçisini və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəni bu istiqamətdə dərhal və təcili addımlar atmağa çağırıram.

Bu, insanın fundamental hüquqları – ləyaqət və azadlıq uğrunda bir mübarizədir.

Azərbaycanı cəzasız qoymaq beynəlxalq hüquq sisteminə və ədalətə ağır zərbədir.

Bakıya ATƏT PA müşahidə missiyasının göndərilməsinin təcili olduğunu xüsusilə vurğulamaq istəyirəm. Bu missiya Azərbaycanda insan hüquqlarının və xüsusilə Dağlıq Qarabağın dövlət və hərbi rəhbərliyinin qanunsuz həbslərinin monitorinqini aparmalıdır.

 Bununla bağlı müvafiq məktublar artıq göndərilib.Səmərəli və əxlaqi siyasətin əsasında elan olunmuş prinsiplərə və məqsədlərə sadiqlik dayanır” – deyə çıxışda qeyd olunub.

Daha çox göstər
Back to top button