
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin məlumatına görə, 2020-2023-cü illərdə Qarabağ münaqişəsinin kəskinləşməsi nəticəsində 429 nəfər hələ də itkin düşmüş hesab olunur.
Bu barədə məlumat BQXK-nın Ermənistandakı ofisi yayıb.
BQXK-nın açıqlamasında deyilir:
62 ailə bizə itkin düşən yaxınlarının taleyini aydınlaşdırmaq üçün müraciət edib və axtarış ərizələri təqdim edib.
2020-2023-cü illər münaqişəsinin kəskinləşməsi ilə bağlı ailələrin müraciətlərinə əsasən, 429 nəfər hələ də itkin düşmüş statusundadır.
BQXK, axtarış və şəxsiyyətin müəyyənləşdirilməsi prosesini asanlaşdırmaq və ailələrin suallarına cavab tapmaq üçün müvafiq qurumlarla əməkdaşlığını davam etdirir.
Münaqişə ilə əlaqədar həbs edilənlər və onların ailələri arasında 557 şifahi, video və yazılı “Qırmızı Xaç mesajı” mübadilə edilib.
BQXK nümayəndələri müntəzəm olaraq həbs olunan şəxsləri ziyarət edir, onların saxlanılma şəraitini və rəftarını yoxlayır, həmçinin ailələrlə əlaqənin qorunmasına kömək edir.
2024-cü ildə Qarabağdan 3 nəfər bizim dəstəyimizlə Ermənistana köçürülüb.







