BaşlıcaSiyasət

Alen Simonyan və Valentina Matvienko Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər

Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefon danışığı aparıb.

Tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı müxtəlif məsələləri, həmçinin MDB Parlamentlərarası assambleyası Şurasında və digər platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Valentina Matvienkonun Ermənistana planlaşdırılan rəsmi səfərinin təşkilati məsələləri də müzakirə olunub.

Daha çox göstər
Back to top button