
Fevralın 24-də Cenevrəyə işgüzar səfəri çərçivəsində ER Xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Mirjana Spolyariç Eger ilə görüşüb.
Bu barədə Ermənistan Xarici işlər Nazirliyi məlumat yayıb. “Görüşdə Ermənistan və BQXK arasında əməkdaşlıq məsələlərinə toxunulub”.
Ararat Mirzoyan və Mirjana Spolyariç Eger humanitar məsələləri müzakirə ediblər. Nazir M.Mirzoyan Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsir və girovların azad edilməsi məsələsinə, eləcə də davam edən saxta məhkəmə proseslərinə toxunub, adıçəkilən şəxslərin səhhətindən və onlar üçün mümkün fəsadlardan narahatlığını bildirib.
Gündəliyin digər məsələlərinə isə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün davam edən və zəruri əlavə tədbirlər daxil edilib.
Ararat Mirzoyan itkin düşmüş şəxslərin ailə üzvləri üçün məsələnin həssaslığını nəzərə alaraq, Ermənistan Respublikasının bu məsələnin həllinə hazır olduğunu və ifadə etdiyi addımları vurğuladı.
ER XİN rəhbəri qeyd edib ki, humanitar məsələlərin həlli hərtərəfli nizamlanmaya nail olmaq və davamlı sülhün bərqərar olması üçün mühüm amilə çevrilə bilər.
Görüş zamanı nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, o cümlədən sülh müqaviləsinin mətni üzərində iş kontekstində təqdim edib, onun yekununda hər iki tərəfin siyasi iradəsinin vacibliyini vurğulayıb.







