
Ermənistan iqtisadiyyatı 2024-cü ildə 10 trilyon dram (1 dram- 0.0025 USD) həddini keçərək 5,9 faiz artıb. “Armenpress”in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan öz Facebook səhifəsində məlumat verib.
“2024-cü ildə 5,9% iqtisadi artım. Biz 10 trilyon həddini keçdik. 2017-ci ildə harada olduğumuza və 2013-2017-ci illərdə iqtisadiyyatın necə artmadığına diqqət yetirin”, – nazir ÜDM-in xətt qrafikini dərc edərək yazıb.








