
Fevralın 25-də Ermənistan Respublikası xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Böyük Britaniyanın Xarici İşlər, Əməkdaşlıq və İnkişaf Ofisinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə departamentinin rəhbəri, Ermənistan-Azərbaycan Sülh Prosesi üzrə xüsusi elçi Kris Allanı qəbul edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı nazir müavini Hovhannisyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini və Ermənistan Respublikasının Cənubi Qafqazda sabitliyin və davamlı sülhün təmin edilməsinə yönəlmiş baxışını təqdim edib.
ER hökuməti tərəfindən hazırlanmış “Sülh yollarının kəsişməsi” layihəsinə istinad edərək ER-nin nəqliyyat marşrutlarını açmaq əzmini bir daha təsdiqlənib.
Görüşdə Ermənistan-Böyük Britaniya ikitərəfli gündəliyinə dair məsələlər də müzakirə olunub.







