BaşlıcaSiyasət

Ararat Mirzoyan və Kaya Kalas Ermənistan-AB tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş proqramları müzakirə ediblər

Fevralın 26-da Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Avropa Birliyinin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb. Bu barədə Ermənistan Xarici işlər nazirliyi məlumat yayıb.

Görüş zamanı Ermənistan və Avropa Birliyi arasında aktiv siyasi dialoq və əməkdaşlıq məsələləri müzakirə edilib.

Ararat Mirzoyan və Kaya Kallas Ermənistan-Avropa Birliyi tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş cari və gələcək proqramlara toxunublar.

Nazir Mirzoyan mövcud mexanizmlərdən istifadə edərək davamlı praktik nailiyyətlər əldə etmək üçün birgə səylərin vacibliyini vurğulayıb.

Həmçinin beynəlxalq gündəlikdə olan məsələlər müzakirə olunub.

Daha çox göstər
Back to top button