BaşlıcaSiyasət

Amerika Erməni Assambleyası beynəlxalq ictimaiyyəti Azərbaycanı insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb

Amerika Erməni Assambleyası Sumqayıt erməni qırğınlarının ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın Sumqayıt şəhərinin erməni əhalisinə qarşı vəhşicəsinə planlaşdırılmış və həyata keçirilmiş qətliamı – Sumqayıt qətliamından 37-ci ötür. 3 gün ərzində erməni sakinlərinin ünvanını alan cinayətkarlar erməni sakinlərini qətlə yetirmiş, ağır yaralamış, vandal etmiş və talamışlar. Assambleyanın bəyanatında deyilir:

“Qırğınla bağlı məlumatlar əsas mediada geniş şəkildə yayıldı. Azərbaycan tərəfindən dövlət tərəfindən dəstəklənən zorakılıq şiddətləndi. 1980-ci illərin sonu və 1990-cı illərdə Bakıda, Kirovabad və Marağada əlavə qırğınlar həyata keçirildi”, – Assambleyanın bəyanatında deyilir.

Bəyanatda onu da qeyd olnur ki, ermənilərə qarşı iğtişaşlar azərbaycanlıların zorakı reaksiyası idi, çünki Bakı Artsax ermənilərinin öz müqəddəratını təyin etmək kimi qanuni hüququna qarşı çıxırdı və bu, bütün dünyada insan haqları müdafiəçiləri tərəfindən dəstəklənir.

“Erməni xalqına qarşı həyata keçirilən etnik təmizləmə 2020-ci ilin sentyabrında Azərbaycanın 44 günlük müharibə zamanı Artsaxa qarşı əsassız hücumu, ardınca Artsax ermənilərinin öz ata-baba torpaqlarından zorla qovulması zamanı son çatıb”.

Amerika Erməni Assambleyası həmçinin Azərbaycanın davam edən düşmənçiliyini, eləcə də erməni hərbi əsirləri, mülki şəxsləri və rəsmiləri qanunsuz olaraq saxlamasını pisləyib. Assambleya beynəlxalq ictimaiyyəti Azərbaycanı bu ölkənin törətdiyi insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

Xatırladaq ki, 1988-cu ilin u günlərdə, fevralın 27-dən 29-dək Azərbaycanın Sumqayıt şəhərində törədilmiş silsilə cinayətlər həmin ölkədə açıq-aşkar dövlət himayədarlığı və göstərişi ilə ermənilərə qarşı genişmiqyaslı qırğınların başlanğıcını qoyub, onilliklər boyu davam edən zülm və təqibləri açıq və kütləvi zorakılığa çevirib.

Sumqayıtda erməni əsilli vətəndaşların kütləvi şəkildə qətlə yetirilməsi, işgəncələr Bakı, Kirovabad, Marağada da dəhşətli vəhşiliklə davam edirdi. Bu hadisələr nəticəsində yüzlərlə erməni qətlə yetirilib. Zorakı siyasət 2023-cü ilin sentyabrına qədər, Dağlıq Qarabağın erməni əhalisi tamamilə etnik təmizləməyə məruz qalana qədər davam etdi.

Daha çox göstər
Back to top button