
Ermənistan-Türkiyə dövlət sərhədinin “Markara” keçid məntəqəsində sərhəd xidməti 28 fevraldan etibarən yalnız Ermənistan Sərhəd Qoşunlarının qüvvələri tərəfindən həyata keçirilir.
“Markara” sərhəd keçid məntəqəsinin Ermənistan Sərhəd Qoşunlarının məsuliyyətinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən etibarən Ermənistan Respublikasından çıxış və Ermənistana daxil olan bütün şəxslər üzrə sərhəd nəzarəti yalnız Ermənistan Sərhəd Qoşunları tərəfindən aparılacaq.
Çünki bütün bu tip (fəaliyyət göstərən və ya göstərməyən) keçid məntəqələrində xidmət artıq yalnız Ermənistanın Sərhəd Qoşunları tərəfindən həyata keçirilir.
Bununla bağlı məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində paylaşmışdır.
Paşinyan yazıb: “Bu gündən etibarən Ermənistan-Türkiyə dövlət sərhədinin “Marqara” keçid məntəqəsində sərhəd xidməti yalnız ER Sərhəd qoşunları tərəfindən həyata keçirilir.
“Markara” keçid məntəqəsi Ermənistanla Türkiyə arasında dövlət sərhədinin bağlı olması səbəbindən fəaliyyət göstərmir.
2022-ci ilin yayında keçid məntəqəsi Ermənistan hökumətinin qərarı ilə təmir edildi və orada Rusiya Sərhəd Qoşunlarının qüvvələri tərəfindən daimi xidmət göstərilməyə başlandı.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarına Ermənistan-Türkiyə dövlət sərhədinin bu hissəsində göstərdikləri xidmətə görə təşəkkürümü bildirirəm.
“Markara” sərhəd keçid məntəqəsinin Ermənistan Sərhəd Qoşunlarının məsuliyyətinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən etibarən Ermənistan Respublikasından çıxış və Ermənistana daxil olan bütün şəxslər üzrə sərhəd nəzarəti yalnız ER Sərhəd Qoşunları tərəfindən aparılacaq.
Çünki bütün bu tip keçid məntəqələrində xidmət artıq yalnız onlar tərəfindən həyata keçirilir”.







