BaşlıcaSiyasət

İran Prezident administrasiyası Ermənistanla münasibətlərin səviyyəsini qiymətləndirib

Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopyanla görüşümüz oldu. Bu barədə sosial şəbəkədə İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Mehdi Sənayi yazıb.

“Münasibətlərin müxtəlif aspektləri, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. İki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və inkişaf etməkdədir. Yerevanın diplomatiyası son illər çoxşaxəli olub.

Fars dilini mükəmməl bilən səfir Tehranda nəşr olunan “İran erməniləri və görkəmli ermənilər” kitabını təqdim edib” – deyərək Sanayi yazıb.

Daha çox göstər
Back to top button