
ER Parlamentinin sədri Azərbaycanda saxlanılan erməni əsirlərin məsələsinə toxunub.
O qeyd edib ki, Ermənistan hakimiyyəti müzakirə olunan mövzudan asılı olmayaraq bütün beynəlxalq platformalarda hərbi əsirlərin qaytarılması məsələsini qaldırır.
“Elə bir görüş, heç bir beynəlxalq müzakirə yoxdur ki, mən də daxil olmaqla, bizim nümayəndələrimiz məhbuslarla bağlı məsələ qaldırmasınlar”, – o vurğulayıb.
O əlavə edib ki, Azərbaycan Milli Məclisinin sədri ilə görüşündə də bu məsələ prioritet olub.
“İndi elə bir görüş, müzakirə, beynəlxalq söhbət yoxdur ki, bizim nümayəndələrimiz məhbuslar məsələsi qaldırmasın və bununla məşğul olmasın“.







