BaşlıcaSiyasət

Ermənistan Rusiyanın yaxın qonşuları arasında ikinci ən böyük ticarət tərəfdaşına çevrilib

Ötən il Rusiya qonşu ölkələrlə ticarət dövriyyəsini 15,5 faiz artıraraq rekord həddə – 66,3 milyard dollara çatdırıb.

RİA Novosti-nin məlumatına görə, Rusiyanın əsas ticarət tərəfdaşları Qazaxıstan, Ermənistan və Özbəkistandır.

Qazaxıstan qonşu ölkələr arasında Rusiyanın əsas ticarət tərəfdaşı olaraq qalır.

Ermənistan keçən il Rusiyanın regionda ikinci ən böyük tərəfdaşına çevrilib.

Rusiya-Ermənistan ticarət dövriyyəsi ötən il 1,7 dəfə artaraq 12,6 milyard ABŞ dolları təşkil edib. Özbəkistanla ticarət cəmi 17,2% artaraq 11,6 milyard ABŞ dollarına çatıb.

Daha çox göstər
Back to top button