
2024-cü ildə Ermənistan ABŞ-la əməkdaşlığın inkişafı çərçivəsində nəzərdə tutulmuş USAİD ilə qrant sazişində nəzərdə tutulan ümumi 250 milyon dollar əvəzinə 110 milyon dollar alıb. Bu barədə “Sputnik Armeniya”nın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Söhbət 2024-cü ilin sentyabrında Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan ilə USAİD-in Ermənistandakı missiyasının direktoru Con Alelo arasında imzalanmış və Ermənistan və ABŞ arasında əməkdaşlığın inkişafına yönəlmiş qrant sazişinə düzəlişlər edən sənəddən gedir.
Nəticədə, USAİD-in sazişində nəzərdə tutulan vəsaitin məbləği təxminən iki dəfə artaraq 120 milyon dollardan 250 milyon dollara çatdırılıb, birgə proqramların istiqamətləri genişləndirilib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Dövlət Departamenti və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının dondurulub, Nazirliyin USAİD ilə birgə layihəsi yoxdur.
“2024-cü ilə qədər 250 milyon dollardan 110 milyon dollar ayrılıb”, – XİN-dən bildiriblər.
Bu təşəbbüs çərçivəsində 5 layihə həyata keçirilib.







