
Dünyanın 39-cu tennisçisi Ermənistan təmsilçisi Elina Avanesyan Meksikanın Merida şəhərində keçirilən WTA-500 turnirində iştirakını İnstaqram səhifəsində şərh edib.
“WTA-500 turnirində ilk yarımfinalım. Zədəyə görə 100 faiz səy göstərə bilmədim, amma sona qədər mübarizə apardım. Gözəl meksikalı tamaşaçılara və enerjiyə görə bütün dəstəkçilərimə təşəkkür edirəm.
Mən karyeramda rekord reytinqə nail olmuşam və WTA reytinqlərinin ilk 40-lığında olan ilk erməni tennisçi olmaqdan qürur duyuram. Bu mənim üçün çox vacibdir. Mən bu səyahətə görə minnətdaram və yeni nailiyyətlər üçün motivasiyam var”, – Elina Avanesyan yazıb..
Meridadakı uğurlu çıxışları sayəsində Elina Avanesyan dünya reytinqində 6 pillə yüksəlib və karyerasında ilk dəfə 39-cu pillədə qərarlaşıb.







