
Ermənistan Azərbaycanın Naxicevanla, o cümlədən ölkələrin suverenliyi və yurisdiksiyası altında bütün regionun infrastrukturunu açmaqla əlaqə yaratmaq imkanı verməyə hazırdır.
Bunu parlamentdə, martın 4-də jurnalistlərlə keçirdiyi brifinqdə parlamentin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarqis Xandanyan deyib.
“Eyni məntiqlə, ölkələrin suverenliyi və yurisdiksiyası altında Ermənistanın şimalından cənubuna kanallar açılmalıdır. Bu məsələdə bizim mövqeyimiz konstruktivdir.
Bildiyiniz kimi, Ermənistan hökuməti Azərbaycana təklif təqdim edib və biz bu məsələ ilə bağlı müsbət cavab almamışıq” – deyə Xandanyan vurğulayıb.
O,qeyd edib ki, onun fikrincə, regionda eskalasiya təhlükəsi üçün heç bir əsas yoxdur.







