BaşlıcaBeynəlxalq

Rusiya Fransa və Avropa üçün təhlükəyə çevrilib: Makron

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya Ukraynada genişmiqyaslı müharibə aparmaqla bütün Avropa üçün təhlükəyə çevrilib.

Çərşənbə günü, martın 5-də xalqa müraciətində o qeyd edib ki, Rusiya Şimali Koreya hərbçiləri və İran hərbi texnikasından istifadə etməklə Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirib.

Bundan əlavə, Makronun sözlərinə görə, Rusiya hərbi potensialını fəal şəkildə artırır. “Kim inanar ki, Rusiyanın Ukraynada dayanacağına? ​​Rusiya artıq Fransa və Avropa üçün təhlükəyə çevrilib”, – Fransa prezidenti deyib.

Makron qeyd edib ki, o, ABŞ-ın “onların yanında olacağına” inanmaq istəyir, lakin Avropa bunun əksinə hazır olmalıdır. Fransa lideri Donald Trampın prezident kimi fəaliyyətə başlamasından sonra Rusiya ilə ABŞ arasında yaxınlaşmanı “yeni dövr” adlandırıb.

Daha çox göstər
Back to top button