
Azərbaycanda bir sıra beynəlxalq qurumların fəaliyyətinin məhdudlaşdırılması fonunda Transparency International-in Azərbaycan üzrə filialı olan “Şəffaflıq Azərbaycan” anti-korrupsiya mərkəzi fəaliyyətini dayandırmaq qərarını verib.
Mərkəzin ümumi yığıncağı tərəfindən ləğv komissiyası təyin edilib. Komissiya müvafiq qaydada Azərbaycan Respublikasının Ədliyyə nazirliyinə müraciət edəcək və qanunla müəyyən olunmuş qaydada zəruri prosedurları həyata keçirəcək.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti ölkədə Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisini də bağlayır və BMT-nin bir sıra qurumlarının fəaliyyətini dayandırır.
Mətn factor.am-ə məxsusdur.







