
HelloSafe saytının məlumatlarına görə (136 ölkədə gündəlik səyahət büdcəsini qiymətləndirir), Ermənistan səyahət üçün dünyanın ən ucuz ölkələrinin TOP 10-na daxil olub.
Ən bahalı istiqamətlər kiçik ada dövlətləridir (Barbados, Antiqua və Barbuda, Sent Kits və Nevis, Maldiv adaları, Qrenada). Bu məlumatı Fransa nəşri “Le Figaro” yayımlayıb.
Səyahət üçün dünyanın ən ucuz 10 ölkəsi siyahısında aşağıdakılar yer alıb:
Laos
Qazaxıstan
Ruanda
Qana
Monqolustan
Ermənistan
Burkina Faso
Gürcüstan
Mali
Myanma (Birma).
Avropada ən bahalı ölkə İsveçrədir (dünya üzrə 6-cı yer, gündəlik 241 avro xərclə).
İsveçrəni Fransadan (gündəlik orta büdcə 181 avro), İslandiyadan (177 avro), Lüksemburqdan (169 avro) və Yunanıstandan (168 avro) sonra izləyir.







