BaşlıcaSiyasət

İsveçrə parlamentinin yuxarı palatası Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq sülh konfransının təşkili haqqında qətnaməni müzakirə edəcək

Martın 18-də İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və məcburi köçkün ermənilərin geri qayıtmasının təmin edilməsinə həsr olunmuş müzakirə keçiriləcək.

Bu barədə İsveçrə parlamentinin rəsmi saytında məlumat verilib. Hələ 2024-cü ilin dekabrında İsveçrə Parlamentinin Milli Şurası müvafiq qətnamə qəbul edərək, ölkə hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq sülh konfransı təşkil etməyə çağırıb.

Qətnaməyə əsasən, təşkil olunacaq konfransın məqsədi “beynəlxalq aktorların nəzarəti və ya iştirakı ilə erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə qayıtması ilə bağlı Azərbaycan və Dağlıq Qarabağ ermənilərinin nümayəndələri arasında dialoqun aparılmasına yardım etmək” olacaq.

Daha çox göstər
Back to top button