
2024-cü ildə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Türkiyə əleyhinə 6190 ərizə verilib. Bu müraciətlərdən 67-si pozuntularla bağlı qərar qəbul edilib.
Qeyd edək ki, əvvəlki illərdə 72-dən 140-a qədər pozuntularla bağlı qərarlar daha çox olub.
Həll edilməmiş və gözlənilən müraciətlərin sayına görə Türkiyə 21.600 müraciətlə birinci yerdədir. Müraciətlərin sayına görə onu Rusiya və Ukrayna izləyir.
2024-cü ildə Türkiyəyə qarşı AİHM-ə 4450 ərizə verilib. Müvafiq olaraq, Türkiyə 46 ölkə arasında həm əhali sayına, həm də daxil olan müraciətlərin sayına görə 24-cü yerdədir.







