BaşlıcaSiyasət

Xarici işlər naziri:  “Türkiyə ilə dialoqumuzu davam etdiririk və əməli addımlar atmışıq”

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq prosesi ilə məşğuldur. Bu haqda  Hindistanın Dünya İşləri üzrə Şurasında (ICWA) Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Əminik ki, tam normallaşma, xüsusən də indiki dövrdə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması regional sülh və sabitliyə mühüm töhfə verəcək.

Biz bu dialoqu davam etdiririk və əməli addımlar atmışıq. Biz, həmçinin iki ölkənin ümumi sərhədində mühüm tarixi məkan olan Ani körpüsünün birgə bərpasına dair razılığa gəldik.

 Bu, artıq həyata keçirilən, birbaşa hava uçuşlarının qurulması və hava yüklərinin daşınmasına maneələrin aradan qaldırılması ilə bağlı qərarları tamamlayır.

Biz həmçinin diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasına razılaşmışıq, baxmayaraq ki, sonuncu hələ həyata keçirilməyib.

“Həyata keçirildikdən sonra bu razılaşmalar təkcə Ermənistan və Türkiyəyə deyil, həm də daha geniş regiona fayda verəcək, çünki bloklanmamış nəqliyyat marşrutları regional sülh və sabitlik üçün həlledici amil rolunu oynayacaq” –  deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button