
Martın 12-də Ermənistan Respublikası xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Latviya Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlığın inkişafı və iqtisadi əlaqələr departamentinin direktoru Eqita Lasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan Respublikasının Xarici İşlər Nazirliyindən Armenpress-ə verilən məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Latviya ikitərəfli gündəliyinə aid geniş spektrli məsələləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi perspektivlərinə toxunaraq, Latviyanın bu istiqamətdə göstərdiyi dəstəyi vurğulayıblar.
Mənbənin məlumatına görə, nazir müavini Hovhannisyan həmsöhbətlərə Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsini və Ermənistanla Azərbaycan arasında sülh prosesində son hadisələri təqdim edib.







