BaşlıcaSiyasət

Hollandiyanın xarici işlər naziri Ermənistan-Azərbaycan sərhəd zonasına səfər edib

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının Monitorinq Missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd zonasına səfər ediblər. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası X mikrobloqunda yazıb.

Müşahidə missiyasının notasında deyilir: “Niderlandın xarici işlər naziri Kaspar Veldkamp, ​​Niderland Krallığının Ermənistandakı səfiri Marike Monroy-Vinter və Ermənistanda səfərdə olan nümayəndə heyətini qəbul etmək şərəfdir”.

Daha çox göstər
Back to top button